Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Hücumçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.
News24.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.