AZ

Dəhşətli qəzada ölən "KamAZ"ın sürücüsünün FOTOSU

Ötən gün Biləcəri qəsəbəsində baş verən dəhşətli qəzada ölən şəxslərdən biri olan "KamAZ" markalı yük maşınının sürücüsü Vahid Əbdülovun fotosu yayılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sürücünün 49 yaşı olub.

Qeyd edək ki, Biləcəri qəsəbəsində yük avtomobilinin minik maşınının üzərinə aşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsində üç nəfər ölüb.

***08:51

Biləcəri qəsəbəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ölən üç nəfərdən iksinin görüntüləri yayılıb.

BAKU.WS hadisə nəticəsində həlak olan Yusif İbrahimov və Abdulla Hacıyevin fotosunu "Unikal"a istinadən təqdim edir:

Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində qəzaya səbəb olan "KamAZ" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülov, "Changan" markalı minik avtomobilinin sərnişini, 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

Hadisə nəticəsində xəsarət alan "Changan" markalı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimov isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Y.İbrahimov Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Seçilən
8
11
far.az

10Mənbələr