AZ

Rusiyanın gecə hücumu dinc insanlara qarşı cinayətdir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücumları “qəsdən törədilmiş cinayət” və “sülh prosesinin uzadılması” kimi qiymətləndirib.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısı özünün Telegram kanalında bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində xilasetmə işləri hələ də davam edir:
“800-dən çox dron, 13 raket, onlardan dördü ballistik. İlkin məlumata görə, bir neçə dron Ukrayna ilə Belarus sərhədini keçib”.

Prezident xatırladıb ki, Kiyevdə adi yaşayış binaları dağıdılıb. Mənzillərdən birində 4-cü və 8-ci mərtəbələr arasında arakəsmələr çöküb. “Hazırkı məlumata görə, iki nəfər həlak olub, onlardan biri uşaqdır. Bütün doğmalarına dərin hüznlə başsağlığı verirəm. Paytaxtda onlarla insan xəsarət alıb”, – deyə Zelenski qeyd edib.

Bundan əlavə, o vurğulayıb ki, Ukrayna Nazirlər Kabinetinin binası da zərbə nəticəsində yanğına məruz qalıb.

“Zaporojiya üzrə 20-dən çox bina və uşaq bağçası zədələnib. Krivoy Roqda ticarət anbarları dağılıb. Sumi vilayətinin Safonovka qəsəbəsində və Çerniqov vilayətində həlak olanlar var. Odessada çoxmərtəbəli yaşayış binasına zərbə endirilib. Son sutkada bir çox region zərər görüb. Lazım olan hər yerdə xidmətlərimiz çalışır”, – deyə dövlət başçısı əlavə edib.

Seçilən
4
43
unikal.az

10Mənbələr