Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bəyan edib ki, Rusiyanın Avropa ölkələrinə qarşı mümkün hücumu artıq nəzəri deyil, “tam real təhlükə”dir.
Budanov “Apostrof”a müsahibəsində Rusiyanın uzunmüddətli planlarının məhz bu istiqamətdə olduğunu vurğulayıb:
“Bu, onların planları və xəyalları ilə bağlıdır. Onlar plan qururlar və hazırlıq aparacaqlar. Avropaya — bütövlükdə Avropaya zərbə planlaşdırılır”.
Onun sözlərinə görə, Avropa ölkələri də bu təhlükədən xəbərdardır, lakin onların necə reaksiya verəcəyini zaman göstərəcək.
Musavat.com