AZ

Yaponiyanın baş naziri istefa verməsi barədə açıqlama yayıb

Yaponiyanın baş naziri Siqeru İşiba hakim Liberal Demokrat Partiyanın (LDP) sədri postundan istefa verdiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Yaponiyanın baş naziri Siqeru İşiba hakim Liberal Demokrat Partiyanın (LDP) sədri vəzifəsindən istefa vermək qərarına gəldiyini bəyan edib. Bununla yanaşı, o, hökumət başçısı postunu da tərk edəcək.

“Mən LDP sədri postundan istefa vermək qərarı verdim,” – deyə İşiba bildirib. O, daha əvvəl vəzifəyə “sarılan” adam olmayacağını, “uyğun vaxtda” qərar qəbul edəcəyini söylədiyini xatırladıb. İşiba əlavə edib ki, ABŞ-la gömrük rüsumları üzrə danışıqlar başa çatdığına görə, indi belə bir qərar vermək üçün münasib vaxtdır.

Qeyd edək ki, 20 iyulda keçirilən seçkilərdə LDP və “Komeyto”dan ibarət hakim blok parlamentin yuxarı palatasında çoxluğu itirib.

Bu, İşiba üçün ardıcıl ikinci böyük məğlubiyyət olub – ötən ilin oktyabrında hakim koalisiya parlamentin əsas – aşağı palatasında da çoxluğu itirmişdi. LDP həmçinin Tokio qanunverici yığıncağına seçkilərdə də uğursuzluğa düçar olub. Partiyanın bir sıra nüfuzlu şəxsləri və onun gənclər qanadı İşibanın istefası üçün çağırış edib.

Seçilən
3
2
operativmedia.az

3Mənbələr