AZ

“Putin özünü elə göstərir ki, guya müharibəni dayandırmaq istəyir”

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın Ukraynaya qarşı gecə hücumunu şərh edərək ölkəsinə dəstəyin dayandırılmaması çağırışını edib.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.

Onun sözlərinə görə, Ukraynaya yardımı dayandırmaq aqressorun tərəfini tutmaq deməkdir.
 

“Putin özünü elə göstərir ki, guya müharibəni dayandırmaq istəyir, amma əslində məqsədi mümkün qədər çox ukraynalını öldürməkdir.


Dünən gecə o, 800-dən çox pilotsuz aparat və raket buraxaraq ananı və onun iki aylıq körpəsini qətlə yetirdi. O, qadınlara və uşaqlara hücum edən qorxaqdır”, – deyə Lipavski bildirib.

Bizim.Media

Seçilən
3
43
bizim.media

10Mənbələr