AZ

Rusiyanın İsveçdəki səfirliyi yenidən dron hücumuna məruz qaldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın İsveçdəki səfirliyi dron hücumuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dron vasitəsilə səfirliyin ərazisinə boya paketi atılıb.
"İsveçin paytaxtı Stokholmda Rusiya səfirliyinə və Ticarət Nümayəndəliyinə dronlarla hücumlar artıq bir ildən çoxdur davam edir və gördüyümüz kimi, bu, sistematik xarakter alıb", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, avqustun 21-də və iyulun 5-də də Rusiyanın İsveçdəki Ticarət Nümayəndəliyinə boya ilə dron hücumları qeydə alınıb.
Seçilən
3
19
oxu.az

10Mənbələr