DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Ukrayna oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları bəlli olub.
Offsideplus.az xəbər verir ki, sentyabrın 7-si saat 10:30-da Azərbaycan milli komandasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi (“Liv Bona Dea Arena”), saat 12:00-da isə baş məşqçi Fernandu Santuşun mətbuat konfransı baş tutacaq.
Ukrayna milli komandasının mətbuat konfransı həmin gün saat 17:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda, saat 18:00-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi (Tofiq Bəhramov adına Respublika Stadionu) keçiriləcək.
Qeyd edək ki, matç sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.