AZ

Türkiyədən Suriyaya qayıdan qaçqınların sayını açıqlandı

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya suriyalı qaçqınların fəal şəkildə vətənlərinə qayıtdığını bildirib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, Suriyada hakimiyyət dəyişikliyindən (2024-cü il 8 dekabr) sonra qonşu ölkəyə könüllü əsasda 474 min 18 suriyalı geri dönüb. Ümumilikdə isə 2016-cı ildən bu göstərici 1 milyon 213 min 620 nəfərə çatıb.

Nazir Türkiyə hakimiyyətinin qaçqınların Suriyaya könüllü və ləyaqətli şəkildə qayıdışına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Seçilən
3
13
publika.az

10Mənbələr