Musavat.com xəbər verir ki, hoteldə axşam saatlarından su problemi yaşanıb.
Səhər isə yeməyə gecikən müştərilərə yemək verilməyib.
Narazı müştərilərdən Ülfət İsmayılov şikayətlə bağlı bunları qeyd edib:
"Qaldığımız otaqda gecədən su problemi var idi. Su probleminə görə səhər yeməyinə 15 dəqiqə gecikdik. Buna görə də səhər yeməyi verilmədi. Administratora başa salmaq olmadı ki, əl-üzü yumamış səhər yeməyi yemək olmur. Cavab olaraq dedi ki, birtəhər su tapıb əl-üzünüzü yuyardınız. Bir sözlə, xidmət çox aşağıdır, özlərində olan problemi yoluna qoymurlar. Pulunuz heyifdir. Əsəbləriniz də həmçinin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31