AZ

Azərbaycanda ət bahalaşdı - Səbəb nədir?

İqtisadiyyatın qızıl qanunlarından biri odur ki, təklif azalanda, tələb isə yerində qalsa və ya artsa, mütləq qiymətlər yüksəlir. Bunu nəzərə alaraq statistikaya baxaq: son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunun sayı hər il azalaraq ən aşağı həddə düşüb.

Publika.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

O qeyd edib ki, rəsmi məlumata görə, 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş təşkil edib:

“2020-ci il yanvarın 1-nə isə ölkədə mal-qara sayı 2 milyon 646,6 min baş olub. Yəni son 5 ildə iribuynuzlu mal-qara sayı 181 min baş azalıb.

2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş təşkil edib, 2020-ci il yanvarın 1-nə isə onların sayı 8 milyon 189,2 min baş olub. Yəni son 5 ildə qoyun-keçi sayı 1 mln. 297 min 700 baş azalıb.

Ölkədə iribuynuzlu mal-qara, qoyun-keçi sayı sürətlə azalır və təbii ki, qiymətlər də eyni sürətlə artır”.

İqtisadçının fikrincə, mal-qara, qoyun-keçi sayının ölkəmizdə azalmasının səbəbləri isə bunlardır:

Seçilən
22
7
publika.az

10Mənbələr