Goranboyda yük maşının mağazaya çırpılmasının bəzi təfərrüatları məlum olub...
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyə vətəndaşı 2002-ci il təvəllüdlü Ş.T.Əli oğluu "Mercedes" markalı TIR yük maşını ilə Bakı- Qazax yolunda Gəncə istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib.
O, dəmir arakəsməni qıraraq yolun əks istiqamətinə keçib və yol kənarında dayanmış VAZ 2104 markalı sahibi məlum olmayan avtomobili vurub. Daha sonra Goranboy şəhər sakini 1965-ci il təvəllüdlü T.Xəlilova məxsus obyektə çırpılıb.
Hadisə zamanı mağazada xəsarət alan olmayıb. Yalnız yük maşının sürücüsü xəsarət alıb. Yaralı Goranboy rayon Mərkəzi xəstəxanasına aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 07.09.2025-ci il tarixində saat 17:10 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər (kişi cinsli olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona belin küt travması diaqnozu təyin olunub.
Hazırda müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir.
***
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı Qazax magistralının Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki hərəkətdə olan TIR markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya çırpılıb.
Qəza zamanı yük maşının sürücüsü Türkiyə vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində mağazaya və yük maşına ziyan dəyib.
Poliqon.info