Şəmkir rayon ərazisində təcili tibbi yardım maşını qəzaya uğrayıb.
News24.az report-a istinadən xəbər verir ki, Kür qəsəbəsinə çağırışa gedən ambulans idarəetmədən çıxaraq körpüdən aşıb.
Qəza nəticəsində sürücü, həkim və tibb bacısı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.