AZ

Ərdoğan Peskovu türk dilində salamladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovu türk dilində salamlayıb.

Teleqraf xəbər verir ki, söhbətin görüntülərini jurnalist Pavel Zarubin öz “Telegram” kanalında yayımlayıb.

Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan əvvəl Ərdoğan Peskovu salamlayıb. "Peskov! Necəsən? Yaxşısan?" – deyə Türkiyə lideri soruşub.

Putinin mətbuat katibi də Türkiyə Prezidentinə türkcə cavab verib.

Bir neçə xarici dildə sərbəst danışan Peskov Türkiyə lideri Ərdoğanın səfərləri zamanı tərcüməçi xidmətlərindən istifadə etmir.

Seçilən
111
2
teleqraf.com

4Mənbələr