AZ

ABŞ-nin biznes nümayəndə heyəti Bakı Limanına səfər edib (FOTO)

Bakı. Trend:

7 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan“Azərbaycan Dəmir Yolları” QSC-nin "Bakı Beynəlxalq Dəniz Limanı"MMC-nin direktoru Eldar Salahov ABŞ-Azərbaycan Ticarət Palatasının(USACC) icraçı direktoru Natiq Baxışovla görüşüb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Trend-ə verilən mməlumatagörə, görüş zamanı qonaqlara Limanın strateji mövqeyi, müasirinfrastruktur imkanları, yükaşırma göstəriciləri və müxtəlif yüknövlərinin daşınma prosesi barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Bakı Limanı beynəlxalq əməkdaşlıqlarıngenişləndirilməsi və Orta Dəhliz boyunca dayanıqlı logistikahəllərinin inkişafı üçün etibarlı tərəfdaşdır.

USACC nümayəndələri Bakı Limanının Orta Dəhliz üzrəyükdaşımalarda mühüm rol oynadığını, qarşılıqlı əməkdaşlıqdamaraqlı olduqlarını bildiriblər.

ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
Seçilən
16
2
az.trend.az

3Mənbələr