Bu ilin ikinci və son Ay tutulması başlayıb.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu, tam Ay tutulmasıdır (bəzən "Qanlı Ay" da adlandırılır).
Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Sezar pizza
Ay tutulması Bakı vaxtı ilə saat 19:28-də başlayır və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.
Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmasında müşahidə olunan "Qanlı Ay"ı saat 21:30-22:52 aralığında izləmək mümkün olacaq.
am tutulma zamanı Yerin atmosferindən keçən qırmızı dalğa uzunluqlu şüalar Ayın səthinə çatdığından o qırmızımtıl çalarda görünəcək.
Telegram kanalımız