AZ

Tramp Putinin "belini" qıran qərarı verdi! Rusiyaya qarşı “ikinci mərhələ” sanksiyalar başlayır  

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsi fonunda Rusiyaya qarşı yeni və daha sərt iqtisadi təzyiqlərə hazır olduğunu bəyan edib. Ağ Evdə keçirilən brifinqdə dövlət başçısı vurğulayıb ki, mövcud sanksiyaların təsiri genişləndirilməli və “ikinci mərhələ” adlandırılan yeni paket tətbiq edilməlidir.

Məlumata görə, ABŞ Konqresində artıq “Sanctioning Russia Act of 2025” adlı qanun layihəsi müzakirə olunur. Senat üzvü Lindsey Graham tərəfindən təqdim olunan bu sənəd prezidentə Rusiyanın enerji ixracına qarşı əlavə tədbirlər görmək səlahiyyəti verir. Layihədə hətta Rusiya nefti və qazı ilə ticarət edən ölkələrə qarşı 500 faizədək sekundar tariflərin tətbiqi nəzərdə tutulur.

WhatsApp

Tramp administrasiyası son aylarda bu siyasəti praktikada da yoxlayıb. Belə ki, Hindistandan Rusiyadan aldığı neftə görə 25 faizlik tarif tutulub. Eyni zamanda, digər alıcı ölkələrə qarşı da əlavə tariflərin tətbiqi gündəmdədir. ABŞ maliyyə naziri Skott Bessent açıq şəkildə bildirib ki, məqsəd “Rusiyanın iqtisadiyyatını tamamilə çökdürmək və Putini danışıqlar masasına gətirməkdir”.

Ekspertlər hesab edirlər ki, ikinci mərhələ sanksiyalar əsasən enerji və ticarət sektorlarını hədəfə alacaq. Bu isə təkcə Moskvanın deyil, həm də Çin və Hindistan kimi iri alıcıların maraqlarına toxuna bilər. Bu səbəbdən yeni paket beynəlxalq arenada böyük siyasi rezonans doğura bilər. Tramp administrasiyası bununla Rusiyanı məcburi sülh danışıqlarına yönəltməyə çalışır.

Musavat.com

Seçilən
6
27
musavat.com

10Mənbələr