ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib.
ABŞ lideri Ağ Evdə çıxışı zamanı bu barədə danışıb.
"Bəli, hazıram", – deyə Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verərkən deyib, lakin təfərrüatlara varmayıb.
Bundan əvvəl "The New York Times" nəşri ABŞ-nin maliyyə naziri Skott Bessentə istinadla yazmışdı ki, Vaşinqton Moskvaya iqtisadi təzyiqləri gücləndirməyə hazırdır, lakin bunun üçün avropalı müttəfiqlərin dəstəyi vacibdir.
Qeyd edək ki, sentyabrın 7-nə keçən gecə Rusiya Ukraynaya genişmiqyaslı hücum həyata keçirib. Ukrayna KİV-lərinin məlumatına görə, hücum zamanı rekord sayda dron və raket buraxılıb, Ukrayna Nazirlər Kabinetinin binası da zərər görüb.(Report)
10Mənbələr
-
sabahinfo.azTramp Rusiyaya yeni sanksiyalar HAZIRLAYIR ( 21102298)
-
aia.azTramp Rusiyaya yeni sanksiyalar HAZIRLAYIR ( 21102175)
-
adalet.azTramp Rusiyaya yeni sanksiyalar HAZIRLAYIR ( 21099727)
-
bakivaxti.azTramp Rusiyaya yeni sanksiyalar HAZIRLAYIR ( 21099718)
-
modern.azTramp Rusiyaya yeni sanksiyalar HAZIRLAYIR ( 21099106)
-
demokrat.azTramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib ( 21098383)
-
bizim.mediaTramp: “Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazıram” - VİDEO ( 21098377)
-
qaziler.azTramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır ( 21098212)
-
xalqcebhesi.azTramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib ( 21098113)
-
icma.azTramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib ( 21098101)