AZ

Gəncədə baş verən uçqunun TƏFƏRRÜATLARIVİDEO

Həyətdəki köhnə tikilinin söküntüsü ölümlə nəticələnib.

Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Gəncədə baş verib. Uçqun zamanı usta dünyasını dəyişib. Onun 2 nəfər yoldaşı isə xəsarət alıb.

Hadisə yerinə gələn qonşuların müraciətindən sonra əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Həyata keçirilən tədbirlərlə Taleh Kərimovun meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı yaralanan 2 nəfər - 22 yaşlı Kənan Məmmədov və onun qardaşı 23 yaşlı Sənan Məmmədov isə xəstəxanaya çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı Gəncə Prokurorluğunda araşdırma başlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
12
xezerxeber.az

1Mənbələr