AZ

"Liverpul" və "Çelsi"nin hədəfində olan vinger qərarını açıqladı

"Lion"un 20 yaşlı futbolçusu yay transfer pəncərəsində "Liverpul" və "Çelsi"yə mümkün keçidilə bağlı danışıb.

İdman.biz xəbər verir ki, belçikalı vinger hazırda ən doğru addımın "Lion"da qalmaq olduğunu deyib: "Bu iki klub maraqlanırdı, amma kifayət qədər dəqiq təklif olmadı. Transfer barədə düşündüm, amma indi əsas məsələ çox oyun vaxtı almaqdır. Bu isə "Lion"da baş verir. Dünya çempionatı 2026-da oynamaq istəyirəm, amma hələ çox şeyi sübut etməliyəm. Mən inkişaf edirəm, daha qətiyyətli oynayıram. Sadə oğlanam, sakitliyimi qoruyuram və mətbuata fikir vermirəm. Sadəcə sevdiyim işi görürəm – rəqibləri aldatmaq və qol vurmaq" – deyə futbolçu vurğulayıb.

Qeyd edək ki, o, 2024-cü ilin yanvarından "Lion"da çıxış edir. Ötən mövsüm 41 oyunda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

İdman.biz

Seçilən
0
2
idman.biz

3Mənbələr