AZ

Aylar əvvəl qaşınan yola hələ də asfalt döşənmir – Sakinlərdən ŞİKAYƏTVİDEO

Paytaxtın Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində asfalt bir neçə ay əvvəl qaşınıb, amma təmir edilməyib.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirirlər ki, yolun tezliklə asfaltlanacağı vədi verilsə də, əməl edilməyib.

Yağıntılar zamanı isə yol kənarındakı evləri su basır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, məsələ tezliklə həll olunacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, qurum qeyd olunan ünvanda su və ya tullantı şəbəkələrində heç bir iş görməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
4
xezerxeber.az

1Mənbələr