Turkstan.az saytına istinadən ain.az xəbər verir.
Çində keçirilən ŞƏT sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan əvvəl mətbuat katibi Dmitri Peskovu türk dilində salamlayaraq, vəziyyətinin necə olduğunu soruşub.
Turkustan.az xəbər verir ki, salamlamanın müvafiq kadrlarını “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubin paylaşıb.
Kreml nümayəndəsini görən Ərdoğan türkcə soruşub: "Peskov! Necəsən? Yaxşı?"
Türkcəni mükəmməl bilən Peskov daha əvvəl Türkiyə lideri Ərdoğanın səfərləri zamanı tərcümə işlərində köməklik etmədiyini, onunla türkcə salamlaşdığını bildirib. /Publika.az/
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.