AZ

Özbəkistanda 8 avtomobil toqquşdu: Ölənlər və yaralananlar var

Özbəkistanın paytaxtı Daşkənd yaxınlığında bir neçə minik və yük maşınının iştirakı ilə baş vermiş qəza nəticəsində 7 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, Özbəkistan Daxili İşlər Nazirliyinin məlumatına görə, daha 5 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, qəza dəmir yolu keçidində baş verib. İdarəetməni itirən sement maşını iki yük və beş minik avtomobili ilə toqquşub. Qəzadan sonra yanğın başlayıb.

Seçilən
26
3
ikisahil.az

4Mənbələr