AZ

Sakinlərə aid su borusunu düzəltdilər, sürücülərə isə qazılan hissəsi saxladılarVİDEO

Sürətlə gələn avtomobillər yolun qazılan hissəsinə görə qəza şəraiti üzləşirlər.

Bura paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsidir. Yavər Əliyev küçəsində, daha dəqiq desək körpünün yaxınlığında bir ay əvvəl su borusunda nasazlıq yaranıb.

Sakinlər deyirlər ki, yolun hərəkət hissəsi qazılıb borular təmir edilsə də əraziyə asfalt qatı vurulmayıb. Bu da avtomobillərin gediş-gəlişinə ciddi maneə yaradır.

Maraqlıdır yola cavabdeh olan qurumlar hansısa işlər görüldükdən sonra qazılan hissəni niyə asfaltlamayıblar?.

Onlar deyir ki, dəfələrlə aidiyyəti üzrə bir neçə qruma müraciət ediblər. Amma, heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı yolda qazıntı işləri aparan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxlamaq istədik ki, işlər yekunlaşıbsa yola nə zaman asfalt vurulacaq?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
5
xezerxeber.az

1Mənbələr