AZ

İstanbulun 6 rayonunda nümayişlər qadağan olundu

Türkiyənin İstanbul şəhərinin altı rayonunda nümayişlərin keçirilməsi qadağan edilib.

Axar.az xəbər verir ki, qərar üç gün - sentyabrın 10-a qədər qüvvədə olacaq.

Belə ki, İstanbul 45-ci Asliye Hüquq Məhkəməsinin CHP-nin İstanbul üzrə bölməsinə qəyyum təyin edilməsindən sonra mümkün provokasiya və qarşıdurmanın önlənməsi məqsədilə çevik qüvvələr müxalif partiya binasının qarşısına yeridilib.

Partiya mənsubları, o cümlədən vəzifədən çıxarılan Özgür Çelik bu qərarla barışmayacaqlarını bildirib və partiya binası önünə toplaşaraq müqavimət çağırışı edib.

Müxalif partiyanın məhz bu çağırışından sonra İstanbul valiliyi 6 rayonda kütləvi nümayişlərin qadağası ilə bağlı qərar verib.

Seçilən
8
2
axar.az

10Mənbələr