AZ

Azərbaycan millisi Avropa kubokunda tarixində ilk dəfə gümüş medala layiq görüldü

BAKI, 7 sentyabr. TELEQRAF

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma finalda Niderland seçməsi ilə üz-üzə gəlib.

Ölkə təmsilçisi rəqibinə 16:21 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda İspaniyanı (21:17) üstələyib. Millimiz tarixində ilk dəfə finalda çıxış edib.

Seçilən
17
19
teleqraf.com

10Mənbələr