Ajans.az xəbər verir ki, hadisə Xaçmaz-Quba avtomobil yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, rayon sakini, 1976-cı il təvəllüdlü Süleymanov Sahib Məcid oğlunu "Toyota Corolla" markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.