AZ

Toya getmişdi, qayıdanda maşın vurub öldürdü

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

News24.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba avtomobil yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1976-cı il təvəllüdlü Süleymanov Sahib Mecid oğlu şadlıq sarayından toydan çıxıb evinə gedən zaman onu “Toyota-Corolla” markalı minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
55
6
news24.az

6Mənbələr