Uzaq Şərqdə 29 aerodromun modernləşdirilməsi planlaşdırılır.
Publika.az xəbər verir ki, bunu Şərq İqtisadi Forumu (EEF) çərçivəsində TASS-a müsahibəsində Rusiya baş nazirinin müavini Vitali Savelyev deyib.
"29 aerodromun modernləşdirilməsi planlaşdırılır ki, bunun üçün təxminən 158 milyard rubl ayrılması nəzərdə tutulub", - o bildirib.
Savelyev qeyd edib ki, Uzaq Şərq Federal Dairəsində 80 aerodrom və 463 eniş meydançası var.