AZ

İranla bağlı xəbərdarlıq: Rəsmilər hərəkətə keçdi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın səhiyyə nazirinin müavini Minu Mohrez əhalini denge qızdırması barədə xəbərdar edib.

Globalinfo.az xəbər verir ki, o, xəstəliyi yayan Aedes cinsinə aid ağcaqanadın artıq ölkənin bütün bölgələrinə yayıldığını, hətta çoxmərtəbəli binaların ən yüksək mərtəbələrinə qədər uçmaq və virusu ötürmək qabiliyyətinə malik olduğunu bildirib.

Nazir müavini vurğulayıb ki, ikinci dalğa infeksiyası zamanı xəstəlik ölümcül ola bilər. Payız mövsümü yaxınlaşdıqca və yağıntılar artdıqca, virusu yayan ağcaqanadların yaşadığı şəhərlərin sayı da artacaq.

Mohrez əhaliyə gigiyena qaydalarına ciddi riayət etməyi tövsiyə edib. Bu xəbərdarlıq ölkə üzrə sağlamlıq orqanlarının diqqətini artırıb.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
globalinfo.az

1Mənbələr