AZ

Tramp sonuncu dəfə HƏMAS-a xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Tramp atəşkəslə bağlı təklifinin İsrail tərəfindən qəbul edildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, eyni şərtləri HƏMAS-ın da qəbul etməsi lazımdır:

"Qəbul etməməyin nəticələri ilə bağlı HƏMAS-a xəbərdarlıq etmişəm. Bu mənim son xəbərdarlığımdır, başqa xəbərdarlıq olmayacaq!"

Qeyd edək ki, daha əvvəl "Axios" portalının jurnalisti Barak Ravid Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-a əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən yeni təklif təqdim etdiyini bildirmişdi.

Seçilən
54
3
operativmedia.az

5Mənbələr