AZ

Azərbaycanın basketbol yığması Avropa Kubokunda ikinci yeri tutub

Bakı, 8 sentyabr, AZƏRTAC

Danimarkanın paytaxtı Kopenhagendə basketbolun 3x3 növü üzrə Avropa Kubokuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən qadınlardan ibarət Azərbaycan millisi final oyununda son dünya çempionu olan Niderland yığması ilə qarşılaşıb.

Rəqibinə 16:21 hesabı ilə məğlub olan komandamız gümüş medal qazanıb.

Azərbaycan millisi qrup mərhələsində Fransa (21:16) və Ukraynaya (21:14), 1/4 finalda Polşaya (16:13), yarımfinalda isə İspaniyaya (21:17) qalib gəlmişdi.

Seçilən
9
3
azertag.az

4Mənbələr