Bakı, 8 sentyabr, AZƏRTAC
İspaniyanın Kataloniya regionunda avtobus qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, Barselonaya gedən avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 53 nəfər xəsarət alıb. Yaralılardan dördü yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Digər zərərçəkənlərə yerində tibbi yardım göstərilib.
Avtobusdakı sərnişinlərin çoxu Fransa vətəndaşı olub. Qəzanın səbəbləri araşdırılır.