AZ

Mikro sahibkarlığa verilən biznes kreditləri 25% böyüyüb

2025-ci ilin avqustun 1-nə (iyul ayının yekunu) Azərbaycanda bankların mikro sahibkarlığa verdiyi kreditlərin portfeli 3 milyard 287,6 milyon manat təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.

Mikro kreditlərin portfeli son iki ildə 1 milyard 80,1 milyon manat, yəni 48,9%, ötən ilin sonuna nəzərən 657,7 milyon manat, yəni 25,0%, aylıq müqayisədə isə 85,6 milyon manat, yəni 2,7% artıb.

Xatırladaq ki, mikro sahibkarlığın kredit portfeli bu ilin iyulun 1-nə 3,202 milyon manat, ötən ilin sonunda 2,629,9 milyon manat, 2023-cü ilin avqustun 1-nə isə 2,207,5 milyon manat təşkil edib .

Seçilən
50
fed.az

1Mənbələr