ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda sürücülük təlimçisi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. Avtosfer.az xəbər verir ki, xanım təlimçi dərs zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, sükan arxasında canlı yayım açaraq izləyicilərlə söhbət edib və əlində təsbeh fırladıb.
Digər videogörüntüdə isə təlim zamanı telefonla məşğul olduğu, çəkiliş apardığı görünür. Həmçinin sürməyi öyrənən şəxsin təhlükəsizlik kəmərindən düzgün istifadə etmədiyi aydın şəkildə əks olunub — o, kəməri boynunun üzərindən keçirərək qaydalara zidd formada taxıb.
Qeyd edək ki, təlimçilər sürücü ilə eyni hüquqi statusa malikdirlər. Yəni, sərnişin yerində otursalar belə, sürücü hesab olunurlar. Bu səbəbdən onların da sükan arxasında telefondan istifadə etməsi qəti şəkildə qadağandır.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.