AZ

Yeni həftəyə tıxacla başlayan yollar -

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.

Seçilən
35
49
metbuat.az

10Mənbələr