AZ

“ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi keçirilib

Nizami Kino Mərkəzində 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi olub.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən festivalın direktoru, rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tədbir haqqında ətraflı məlumat verib.

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Baş direktoru Rəşad Əzizov animasiya filmlərinin sayının artmasının və beynəlxalq əməkdaşlıqların qurulmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sonda qaliblər “Ən yaxşı qısametrajlı animasiya”, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya”, “Pişiklər haqqında ən yaxşı qısametrajlı animasiya”, “Ən yaxşı qısametrajlı tələbə animasiya”, “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” və digər nominasiyalar üzrə mükafatlarla təltif olunublar.

Seçilən
0
4
kulis.az

5Mənbələr