AZ

Haaland xəsarət aldı, üzünə tikiş qoyuldu

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Norveç millisinin və "Mançester Siti"nin futbolçusu Erlinq Haalandın başına bədbəxt hadisə gəlib.

QOL.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.

Haaland DÇ-2026-nın seçmə mərhələsinin Moldova ilə matçı ərəfəsində Oslodakı bir oteldə komandanın avtobusundan düşərkən xəsarət alıb. Futbolçular avtobusdan çıxıb otelə gedərkən qapı Erlinqin üzünə dəyib. 

25 yaşlı hücumçu sosial şəbəkə hesablarında öz fotosunu paylaşıb və üzünə 3 tikiş qoyulduğunu bildirib. 

Xatırladaq ki, Norveç millisi ilə Moldova arasındakı matç sabah keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
qol.az

5Mənbələr