AZ

Biləsuvarda ehtiyatsızlıqdan yanğın baş verib


Biləsuvar rayonunda ehtiyatsızlıqdan yanğın baş verib, 2 nəfər xəsarət alıb. Hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Lətif Məmmədov öz həyətində yemçəkən aqreqatı təmir edən zaman qısaqapanma əmələ gəlib.

Bu vaxt L.Məmmədov və ona təmirə kömək edən 1974-cü il təvəllüdlü Cavid Bayramov yanıq xəsarətləri alıblar. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Seçilən
68
11
baki-xeber.com

10Mənbələr