İxtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr münasib qiymətə yataqxana və ev axtarışına çıxırlar.
Publika.az xəbər verir ki, yataqxana qiymətləri şəraitinə görə fərqlənir. Məsələn, ölkənin ilk və ən böyük təhsil müəssisəsi olan BDU-nun 5 mərtəbəli tələbə evində 1 nəfərin aylıq ödənişi 75 manatdır. Amma təəssüf ki, bu yataqxana 220 yerlikdir.
Pedaqoji Universitetdən verilən məlumata görə, paytaxtda bu təhsil ocağının 5 tələbə yataqxanası var. Lakin bu yataqxanalardan 4-də məcburi köçkün ailələri məskunlaşıb. Universitetin 5 nömrəli yataqxanası isə qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir.
Memarlıq və İnşaat Universitetinin yataqxanası isə 450 tələbəni yerləşdirmək imkanına malikdir.
Azərbaycan Dillər Universitetinin 205 yerlik yataqxanasında yalnız qızlar qala bilir və aylıq ödəniş 30 manatdır.
Dövlət Neft və Sənaye Universitetinindən isə bildirildi ki, 320 yerlik yataqxananın təmir olunması nəzərdə tutulur və hazırda tələbə yerləşdirilməsi aparılmır.