“Mançester Yunayted”də avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Brayan Mbemo qalib gəlib. 26 yaşlı hücumçu azarkeşlər arasında keçirilən səsvermədə müdafiəçilər Matteys de Liqt ilə Leni Yoronu qabaqlayıb.
Mbemo MY-yə bu yay 65 milyon funt sterlinqə (müqavilədə 6 milyon funt sterlinq məbləğində bonus da nəzərdə tutulub) “Brentford”dan keçib. O, avqust ayında komanda ilə 4 oyuna çıxıb, 2 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta