AZ

Simonyanda xəstəlik aşkarlandı: əməliyyat olunacaq

"Russia Today"in baş direktoru Marqarita Simonyan ona ağır xəstəlik diaqnozu qoyulduğunu etiraf edib.

Olaylar.az xəbər verir ki, jurnalist bu barədə "Vladimir Solovyovla axşam" verilişinin efirində danışıb.

"Bu həftə mənə dəhşətli, ağır xəstəlik diaqnozu qoyuldu. Sentyabrın 8-də əməliyyat olunacağam", - Simonyan deyib.

Xatırladaq ki, jurnalist əvvəllər də səhhətindəki problemlərdən danışıb. "Məndə sol yuxu arteriyası yoxdur. Anadangəlmə anomaliyadır. Buna görə də hipotenziya, ümumiyyətlə damarlarımda problemlər var. Həmişə soyuq və yorğunam", - deyə Simonyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
63
olaylar.az

1Mənbələr