AZ

Alim Qasımov əsəbiləşdi: O evə 5 milyon verən var?! - YENİLƏNDİ

Xalq artisti Alim Qasımov onun olduğu deyilən satışa çıxarılmış 5 milyon manatlıq villa ilə bağlı növbəti açıqlamasında öz dediyi fikri təkzib edib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sənətkarın sözlərinə görə, özü həmin villada yaşayır, lakin satışa çıxarmayıb: 

“O evə 5 milyonu kim verirsə, gəlsin, versin, götürsün. Ona 5 milyon pul verən var?! Kimsə yayıb, şəklimi də qoyub ora. Orada nə var ki, qurcalayırsınız?! O boyda konsert verdim, heç bu qədər müzakirə etmədiniz? Məlumatı dəqiqləşdirmək budur ki, Alim öldü. Mən bu işə qarışmıram, kefiniz nə istəyir yazın”.


***

10:49


Xalq artisti Alim Qasımov şəxsi villasını 5 milyon manata satışa çıxarması ilə bağlı məlumatlara reaksiya verib. 

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sənətkar yayılan informasiyanı təkzib edib.

Xanəndə bildirib ki, bu söhbət tamamilə yalandır: “Hansısa “makler” götürüb ora yerləşdirib. Ev satanın adını niyə yazırlar ora?! Bu söhbət mənlik deyil. Villa dostumuzundur, səhv biliblər”.

Qeyd edək ki, sözügedən mülkün Bakının “Vorovski” adlanan ərazisində, Heydər Əliyevin adını daşıyan məscidin yaxınlığında, 12 sot torpaq sahəsində yerləşdiyi bildirilir.


Seçilən
37
9
news24.az

10Mənbələr