AZ

Trampın ABŞ Açıq turnirinə səfəri uzun növbələrə səbəb oldu

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,atçın başlamasına təxminən 45 dəqiqə qalmış kostyum və uzun, qırmızı qalstuk taxmış Tramp qısa müddətlik otağından çıxaraq hələ tam dolmamış Artur Eş stadionuna daxil olub. Onun gəlişi nə elan olunub, nə də stadionun ekranlarında nümayiş etdirilib. Səhnə bir çox tamaşaçı tərəfindən fərq edilməyəcək qədər qısa çəkib. Daha sonra Tramp Dövlət Himninin oxunmasından əvvəl yenidən alqış və müəyyən narazılıq səsləri ilə qarşılanıb. Himn zamanı prezident qısa müddətlik stadionun böyük ekranında göstərilib və təbəssümlə arenaya baxıb. Himndən sonra yaxınlıqda əyləşən tərəfdarlarına əl edib və matçı izləmək üçün lojadakı yerinə keçib. Final qarşılaşmasında ispan tennisçi Karlos Alkaras italyan rəqibi Yannick Sinneri məğlub edib. Tramp oyunu sakitcə izləyib və Alkarasın uğurlu anlarında xüsusi reaksiya göstərməyib. İlk setin sonunda Tramp yenidən ekranlarda göstərilib və bu dəfə tribunaların müxtəlif hissələrindən həm alqış, həm də fit səsləri eşidilib. O, tribunaya sol yumruğunu qaldıraraq salam göndərib. Tramp daha sonra ailə üzvləri ilə birlikdə lojadakı masada nahar edib və matçın sonlarına yaxın yenidən yerinə qayıdıb. Kameralar onu bir neçə dəfə göstərsə də, matç boyu emosiyalarını açıq şəkildə bildirməyib. Bu dəfə də kütlənin reaksiyası əvvəlki qədər kəskin olmayıb. ABŞ Tennis Assosiasiyası matçın başlanmasını yarım saat təxirə salaraq gücləndirilmiş təhlükəsizlik tədbirlərinə uyğun olaraq tamaşaçılara əlavə zaman verməyə çalışıb. Lakin buna baxmayaraq, minlərlə azarkeş matç davam edərkən hələ də uzun növbələrdə gözləyirdi və stadionun xüsusən yuxarı sıralarındakı oturacaqlar bir saata yaxın boş qalıb. ABŞ-ın Məxfi Xidməti Trampın qorunmasının "hərtərəfli səy tələb etdiyini" və bu səbəbdən gecikmələrin qaçılmaz olduğunu bildirib. "Biz hər bir azarkeşə səbr və anlayışlarına görə təşəkkür edirik", – deyə açıqlamada qeyd olunub. Tramp, İsveçrə saat istehsalçısı Rolex-in dəvəti ilə finalda iştirak edib – onun administrasiyası vaxtilə bu ölkəyə qarşı sərt tariflər tətbiq etsə də. ABŞ Tennis Assosiasiyası isə ABC News-a açıqlamasında Trampın stadiondakı iştirakına mənfi reaksiyaların televiziyada əks olunmaması üçün yayımçılara xəbərdarlıq etdiklərini bildirib: “Biz yayımçılardan meydançadankənar diqqət yayındırıcı məqamları göstərməmələrini xahiş edirik.” Trampın bu səfəri, onun son aylarda siyasi mitinqlərdə görünməkdənsə, daha çox genişmiqyaslı idman tədbirlərində iştirak etməyə üstünlük verməsinin növbəti nümunəsidir.

 

Seçilən
3
Ajans.az

1Mənbələr