AZ

"Barselona"nın futbolçusu Türkiyədə pasportunu itirib


Futbol üzrə İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 6:0 hesablı qələbə qazandıqları Türkiyə ilə səfər oyunundan sonra pasportunu itirib. Bu barədə türkiyəli jurnalist Əmir Çətin X sosial şəbəkəsindəki səhifəsində yazıb. Sən demə L.Yamal paltardəyişmə otağında pasportunu axtarırmış və sənədi tapmadan stadionu tərk edib.
Qeyd edək ki, Lamin Yamal "Barselona"nın şərəfini qoruyur. 18 yaşlı futbolçu kataloniyalılarla ölkə çempionluğu, İspaniya Kuboku və Superkubokunu qazanıb. Yığmanın heyətində isə ötən il Avropa çempionu olub.

Mətləb

Seçilən
54
4
baki-xeber.com

3Mənbələr