AZ

Orban Ukraynanın üç zonaya bölünəcəyiniproqnozlaşdırdı

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı aparılan danışıqlardan sonra ölkənin üç zonaya bölünəcəyini proqnozlaşdırıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Orban bildirib ki, Avropada hazırkı müzakirələr artıq “Rusiya zonasının” mövcudluğunu tanıyır və hazırda yalnız onun əhatə dairəsi və formatı müzakirə olunur. Baş nazir həmçinin qeyd edib ki, “demilitarizasiya olunmuş zona” məsələsi də açıq qalır.

“Ukraynanın taleyi görünür ki, artıq həll olunub. Bu gün Avropada təhlükəsizlik zəmanətləri ilə bağlı ‘zərif’ müzakirələr aparılır, lakin əslində bu zəmanətlər Ukraynanın bölünməsini nəzərdə tutur. Nəticədə Rusiya zonası, demilitarizasiya olunmuş zona və qərb zonası yaranacaq. Rusiya zonası artıq mövcuddur, müzakirələr isə yalnız onun hansı bölgələri əhatə edəcəyinə yönəlib”, – Orban qeyd edib.

Baş nazir əlavə edib ki, Avropa liderləri Moskva ilə danışıqlar aparmalı və Rusiyaya təhlükəsizlik zəmanəti verən razılaşma imzalamalıdır. Razılaşmaya görə, Ukrayna NATO və Avropa İttifaqına üzv ola bilməyəcək.

Nuriyyə NATİQQIZI

Seçilən
60
redaktor.az

1Mənbələr