AZ

Əti yumaq təhlükə saçır - Mütəxəssis xəbərdarlıq etdi

Çiy əti bişirməzdən əvvəl yumaq məhsulun üzərində olan patogen bakteriyaların mətbəx səthlərinə yayılmasına səbəb ola bilər.

Ölkə.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə biotexnoloq Mariya Zolotaryova danışıb.

“Yuma zamanı mikroorqanizmlər olan su damcıları 50 santimetrədək məsafəyə yayılaraq stolüstü səthlərdə, qab-qacaqda və ətrafdakı digər əşyalarda qala bilər. Ən böyük təhlükə isə toyuğun üzərində ola bilən kampilobakteriyalar və salmonellalardır. Bu bakteriyalar ishal, qusma və hərarət artımı ilə müşayiət olunan qida zəhərlənməsinə səbəb ola bilər”, — deyə o bildirib.

Biotexnoloqun sözlərinə görə, axar su ilə yumaq bakteriyaları zərərsizləşdirmir. Əti dezinfeksiya etməyin yeganə etibarlı yolu məhsulu kifayət qədər qızartmaq və ya qaynatmaqdır.

“Ətin ayrıca taxtada doğranması və sonra həmin taxtanın yuyucu vasitə ilə yaxşıca yuyulması tövsiyə olunur. Çiy ətlə təmasdan sonra əlləri də ən azı 20 saniyə ərzində isti su və sabunla yumaq lazımdır. Unutmaq olmaz ki, ətin görünüşcə təmiz olması onun təhlükəsizliyini təmin etmir. Hətta yüksək keyfiyyətli məhsul da adi gözlə görünməyən patogen mikroorqanizmlər daşıya bilər”.

Həmidə ibrahimova

Seçilən
8
olke.az

1Mənbələr