AZ

Londonda metro işçilərinin tətili şəhərin nəqliyyatını iflic edib - ÖZƏL

Londonda metro əməkdaşlarının kütləvi tətili şəhərin nəqliyyat sistemində ciddi çətinliklər yaradıb və on minlərlə sərnişinin planlarını pozub. Olaylar.az xəbər verir ki, dəmir yolu, dəniz və nəqliyyat işçilərinin (RMT) təşkil etdiyi tətil rəsmi olaraq 5 sentyabrda başlayıb, lakin əsas mərhələsi 8 sentyabrdan etibarən qüvvəyə minib. 12 sentyabradək metro stansiyaları yalnız yerli vaxtla saat 08:00-dan 18:00-dək açıq olacaq. Tətil əvvəlcədən elan olunsa da, bir çox sərnişinlər bağlı qapılar və asılmış elanlarla qarşılaşanda məcburən alternativ nəqliyyat vasitələri axtarmağa başlayıb. Bu səbəbdən şəhərdə avtobuslara yük xeyli artıb, dayanacaqlarda uzun növbələr yaranıb.
Əsas mərhələdə təhlükəsizlik inspektorları, dispetçerlər və stansiya növbətçiləri iştirak edir. Nəticədə, 11 metro xəttindən 9-da hərəkət tam dayandırılıb, 2 xəttdə isə qatarlar ciddi fasilələrlə işləyir. Yalnız 2022-ci ildə açılmış Elizabet xətti və yerüstü xətt qismən fəaliyyətini davam etdirir. Metro 12 sentyabr günorta saatlarından etibarən adi rejimə qayıdacaq. Tətilin səbəbi RMT ilə Londondakı nəqliyyata cavabdeh qurum olan Transport for London (TfL) arasında 9 ay davam edən, lakin nəticəsiz qalan danışıqlardır. Metro işçiləri iş həftəsinin 35 saatdan 32 saata endirilməsini tələb edir. TfL isə maaşların 3,4% artırılmasına razılıq versə də, iş vaxtının qısaldılması ilə bağlı kompromisə getməkdən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
73
olaylar.az

1Mənbələr