AZ

Orbandan inanılmaz proqnoz: Ukrayna belə bölünəcək

"Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı hazırkı danışıqlardan sonra ölkə üç hissəyə bölünəcək".

Olaylar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Ukraynanın taleyi, deyəsən, həll olunub. Bu gün Avropa təhlükəsizlik zəmanətlərindən danışır, lakin bu təminatlar əslində ölkənin bölünməsi deməkdir. Bunun da nəticəsi Rusiya zonası, hərbisizləşdirilmiş zona və qərb zonası olacaq. Rusiya zonası artıq mövcuddur", - deyə o bildirib.

Baş nazir qeyd edib ki, Avropa liderləri Moskvaya getməli  və Kremllə təhlükəsizlik sazişi bağlamalıdırlar.

Onun sözlərinə görə, razılaşma Ukraynanın NATO və ya Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcəyi anlamına gəlməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
42
2
olaylar.az

3Mənbələr