AZ

ABŞ-da ipoteka faizləri son 11 ayın ən aşağı səviyyəsinə düşüb

Finss.az xəbər verir ki, ABŞ-da uzunmüddətli ipoteka faizləri son 11 ayın ən aşağı səviyyəsinə düşüb.

Hökumət ipoteka korporasiyası Freddie Mac bildirib ki, Cümə axşamı günü 30 illik kreditlər üzrə orta faiz dərəcəsi bir həftə əvvəl 6,56%-dən aşağı illik 6,5% təşkil edib. Bir il əvvəl bu, 6,35% idi.

On beş illik ipoteka kreditləri bir həftə əvvəl 5,69% və bir il əvvəl 5,47% ilə müqayisədə indi orta hesabla illik 5,6% ilə verilir.

 

Seçilən
3
5
fins.az

10Mənbələr